Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DSX-nin hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib - FOTOLAR

29 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

28 iyul 2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilmişdir. Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra mərasim açıq elan edilmişdir.

DSX-dən Press.az-a verilən məlumata görə, Dövlət himninin səslənməsi ilə başlayan mərasimlərdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamə-tindəki xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını xüsusi qeyd etmişlər. Çıxışlarda Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik ifadə edilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan ordusunun törətdiyi təxribatın qarşısının qəhrəmancasına alındığı, düşmənə sarsıdıcı zərbələr endirilərək məğlubiyyətə uğradıldığı xüsusi vurğulanmışdır.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatmışdır.

Oxşar xəbərlər
OTACI