Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

1000-ə yaxın zəvvarın iştirak edəcəyi Həcc ziyarətində azərbaycanlılar da varmı? - RƏSMİ

29 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qafqaz Müsəlmanları İdarəsi Səudiyyə Ərəbistanında 1000-ə yaxın zəvvarın iştirakı ilə keçiriləcək Həcc ziyarətində azərbaycanlı zəvvarların iştirak edib-etməyəcəyini açıqlayıb.

İdarədən Press.az-a bildirilib ki, Həcc ziyarətində azərbaycanlı zəvvarlar iştirak etməyəcək. Bu il Həcc ziyarəti ləğv edildiyi üçün ölkəmizdən Səudiyyə Ərəbistanına gedən zəvvar olmayacaq.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar bu il Səudiyyə Ərəbistanında Həcc ziyarəti məhdud sayda zəvvarın iştirakı ilə avqustun 2-dək keçiriləcək.

Müəyyən məhdudiyyətlərin tətbiq edilməsi ilə keçiriləcək ziyarət zamanı zəvvarların Kəbəyə toxunmasına və onu öpməsinə icazə verilməyəcək.

Zəvvarların tibbi maskalardan istifadə etməsi mütləq şərt kimi qoyulub.

Oxşar xəbərlər
OTACI