Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Agentlik: 2 saylı Bakı DOST Mərkəzinin dizaynı ilə bağlı deyilənlər yanlışdır

29 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi sosial şəbəkələrdə 2 saylı Bakı DOST Mərkəzinin eksteryer dizaynında guya Ermənistan bayrağını xatırladan rəng çalarlarından istifadə olunması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Press.az xəbər verir ki, Agentliyin mətbuat katibi Şahin Əliyev paylaşılan şəkildə binanın üzərindəki rənglərin təhrif edildiyini deyib.

“Niyə bunu ediblər? Və niyə məhz indi, həmin mərkəzin açılışından 7 ay sonra ediblər? Belə ucuz “sensasiya” yaratmaqda məqsəd nədir? - Bunun səbəbini dəqiq deyə bilmərik. Sadəcə bir faktı qeyd edək ki, məlumatı ilk paylaşan səhifə xaricdən idarə olunur.

Binanın üzərindəki rənglərə gəldikdə isə biz hələ DOST Agentliyinin inzibati binası və ilk DOST Mərkəzinin açılışı vaxtı ictimaiyyətə məlumat vermişdik ki, burada qədim Azərbaycan kilimlərinin rəng çalarlarından istifadə edilib. Əgər hər hansı bir qondarma bayraqda bu rənglərdən istifadə edilibsə, bu, o demək deyil ki, biz onlardan imtina etməliyik. Bu, bizim tariximiz, mədəniyyətimizin rəngidir. Bu, yaşı minilliklərlə ölçülən qədim mədəniyyətimizin vacib tərkib hissəsi – Azərbaycan kilimlərinin rəngləridir. Azərbaycan xalqı bu rənglərdən istifadə edəndə, bu rəng çalarları Azərbaycan mədəniyyətinin, məişətinin bir hissəsi olanda Ermənistan heç mövcud deyildi.

Düşünürük ki, biz düşmənin və ona xidmət edən ünsürlərin səviyyəsinə enib onlarla yalan və qarayaxma müstəvisində mübarizə aparmamalıyıq. Biz yalnız həqiqəti deyərək, bu cür cılızlıqların fövqündə olmalıyıq. Çünki qat-qat daha qədim, daha böyüyük!”, - məlumatda qeyd olunub.

Oxşar xəbərlər
OTACI