logo
First slide

Koronavirusu məhv edən ən effektiv dezinfektorlar müəyyənləşib

29 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) koronavirusla mübarizədə ən effektiv dezinfektorları müəyyənləşdirmək üçün araşdırma aparıb.

Press.az xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında dərc olunub.

Quruma bağlı “Vektor” virusologiya mərkəzinin mütəxəssisləri koronavirusun çürüməyən polad, linoleum, şüşə, plastik maddə və keramik plitkalar kimi müxtəlif səthlərdə “yaşama” bacarığını araşdırıblar. Tədqiqatçılar müəyyən ediblər ki, sözügedən bütün səthlərdə virus insan üçün yalnız 48 saat müddətində təhlükə daşıyır.

Müxtəlif səthlər üzərində olan virusu məhv etmək üçün ekspertlər xlor və spirt tərkibli, həmçinin dördlü ammonium birləşməsi və üçlü aminlər əsasında olan dezinfeksiya vasitələrini sınayıblar.

Araşdırmada etil və izopropil spirtlərinin daha effektiv olduğu məlum olub. Hətta 30%-dək azaldılmış konsentrasiyada belə onlar milyonlarla virus hissəciklərini 30 saniyədə məhv etməyə qadirdirlər. Üçlü və dördlü aminlər əsasında hazırlanmış dezinfeksiya məhsulları isə virusun öhdəsindən yalnız bir neçə dəqiqəyə gəliblər.

Oxşar xəbərlər