Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Oğuzda tibbi maskadan istifadə etməyən 11 nəfər cərimələndi

29 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Oğuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən ölkədə elan edilən karantin rejim qaydalarına rayon ərazisində riayət edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Bu barədə Press.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib. Reyd zamanı mağazalarda bəzi satıcı və müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb. Onlarla aparılan söhbətlər zamanı koronavirus infeksiyasının fəsadları diqqətə çatdırılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyi, mövcud sanitar-gigiyenik qayda və tələblərə riayət etmələrinin vacibliyi izah olunub.

Edilən xəbərdarlıqlara baxmayaraq, qaydaları pozmaqda davam edən 11 şəxs  barəsində protokol tərtib edilərək, cərimələniblər.

Oxşar xəbərlər
OTACI