Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabunçuda ev sahibini qətlə yetirən kirayənişin tutulub

29 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda kirayənişin ev sahibini qətlə yetirib.

Press.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Rayon sakini, 1965-ci il təvəllüdlü Hüsnü Əliyev evində kirayə yaşayan 1994-cü il təvvəllüdlü Əliyev Kamran Barat oğlu tərəfindən şəxsi münasibətlər zəminində bıçaqla öldürülüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi, Sabunçu rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi təxirəsalmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Əliyev Kamran Barat oğlu tutularaq istintaqa cəlb edilib.

Oxşar xəbərlər
OTACI