Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanlılar Google-da ən çox BUNU axtarıblar

29 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan üzrə cari ilin ikinci rübündə ən çox axtarılan resurs edvgerial.az olub.

Press.az ted.az-a istinadən bildirir ki, bu barədə Google şirkətinin statistikasında deyilir.

Statistikaya görə, aprel-iyun ayları ərzində Google axtarış çubuğuna ən çox daxil edilən ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan əlavə dəyər vergisini (ƏDV) geri almaq üçün yaradılan məhz bu sayt olub. Populyarlıq üzrə ikinci və üçüncü yerdə isə my.gov.az və icazə.gov.az portalları qərarlaşıb.

Məlumat üçün bildirək ki, edvgerial.az saytı may ayında yaradılıb. Resurs vasitəsilə hər bir vətəndaş ödəniş etdiyi zaman tutulan əlavə dəyər vergisini (ƏDV) geri ala bilər. Bunun üçün ilk öncə edvgerial.az saytından qeydiyyatdan keçmək lazımdır. Bu zaman portalda həmin şəxs üçün elektron kabinet və burada virtual "pul qabı" yaradılır. Qeydiyyat zamanı şəxsiyyəti təsdiq edən sənədin FİN-i, doğum tarixi və mobil nömrə lazım olacaq. Bundan sonra əməliyyatları həyata keçirmək mümkün olacaq.

Qeyd edək ki, edvgerial.az saytı Google axtarış çubuğuna daxil edilən sözlər arasında hələ də ilk yerləri tutur.

Oxşar xəbərlər
OTACI