logo
First slide

Koronavirusun yeni növü ilə bağlı AÇIQLAMA

29 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Viyetnamın Da Nanq şəhərində və ətraf ərazilərində son günlər qeydə alınan koronavirusa dörd yoluxma halı xəstəliyin daha əvvəl rast gəlinməmiş yeni formasıdır.

Bu barədə hökumətdən bildiriblər. Belə ki, aparılan tədqiqatlara əsasən, virusun yeni növü daha fəaldır, daha sürətlə çoxalır, xəstələrin daha tez ağır vəziyyətə düşməsinə səbəb olur. Ölkənin Səhiyyə Nazirliyinə görə, yeni tipli virusun peyda olması qanunsuz miqrantlardan, yaxud xəstəxanalardan birində virusun mutasiyası ilə bağlı ola bilər. Bu barədə “Sherg.az”a fikirlərini bildirən həkim-infeksionist Natiq Əliyev təhlükənin daha daha böyüyəcəyini istisna etmir:

“COVİD-19-un daxil olduğu virus ailəsi mutasiyaya uğramağa daha çox meyillidir. Biz bunu Sars, Mers kimi viruslarda da görüşmüşük. Qorxulusu odur ki, viruslar mutasiyaya uğrayanda orqanizm üçün daha təhlükəli xarakter daşıyır. Amma indiki halda qəti danışmaq çətindir. Bunun virusun mutasiyaya uğramış növü, ya da eyni növün fərqli klinik göstəricilərlə müşahidə edilən ayrıca versiyası olduğunu tədqiqatlardan sonra demək olar. İstənilən halda, təhlükə var və daha da arta bilər”.

Oxşar xəbərlər