Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Fox TV" Azərbaycana qarşı qərəzli süjet hazırladı — VİDEO

28 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Los-Ancelesdə başverən hadisələrlə bağlı təəssüf ki Amerika mediasında xoşa gəlməz xəbərlər yayılıb. Fox Kanalı heçbir əsası olmayan məlumatları təxribat kimi təqdim edib. Erməni əsilli jurnalistin hazırladığı sujet polis araşdırması yekunlaşmadan birtərəfli şəkildə azərbaycanlılara qarşı qara yaxmadan ibarətdir. Amerikada yaşayan həmyerlilərimiz isə kanalın bu qərəzli münasibətinə dərhal reaksiya verib. Erməni əsilli jurnalistin paylaşımları şikayət əsasında silinib. Hazırda həmyerlilərimiz Fox Kanalının təkzib verməsi üçün aidiyyatı üzrə hüquq müstəvisində mübarizə aparırlar.

Amerikanın Fox kanalında Azərbaycana qarşı təxribat xarakterli sujetin yayımlanması ciddi narazılığa səbəb olub.Bu ölkədə yaşayan həmyerlilərimiz dərhal əsassız məlumata etiraz edərək Fox-dan yanlış informasiya yaymamağı tələb ediblər.

Bir neçə gündür ki ,Amerikada yaşayan ermənilər sübut etməyə çalışır ki,San Fransiskoda yerləşən erməni məktəbinin divarlarına həmyerlilərimiz tərəfindən şüarlar yazılıb və vandallıq edilib. Lakin bununla bağlı heçbir fakt təqdim edə bilmədiklərindən sadəcə divarlara kim tərəfindən yazıldığı bilinməyən Azərbaycan dilində şüarları əsas gətirirlər. Fox TV kanalının Los Ancelesdəki erməni müxbiri isə polisin heçbir hesabatı olmadan bir başa həmyerlilərimizi ittiham edən sujet hazırlayıb.

ABŞ-da yaşayan həmyerlimiz Cəfər Nurizadə deyir ki,məktəbin divarlarına yazılanlar əslində ermənilərin özlərini ifşa edir.Ümumiyyətlə isə bu şüarların həmyerlilərimizin yazmasına dair 1 dənə də olsun sübut yoxdur.Vəzifə səlahiyyətlərindən istifadə edən erməni əsilli jurnalistə ən sərt şəkildə reaksiya verilib. Minlərlə həmyerlimiz muxbirin paylaşımını şikayət edib, kanala zəng edərək öz etirazını bildirib.

Fox TV anlaşılmazlığa görə həmyerlilərimizdən üzr istəsə də bu ,milyonlarla izləyicisi olan kanalın nə peşəkarlığına yaraşır, nə də hansısa bir amerika vətəndaşında yanlış təsəvvürün yaranmasını istisna etmir. Məhz buna görə də, hazırda həmyerlilərimiz hüquqi müstəvidə bu məsələnin aydınlaşmasını tələb edirlər.

Həmyerlilərimiz rəsmi təkzib xəbəri yayımlanana qədər hüquqi yolla haqlarını müdafiə edəcəklərini bildirir.

Xezerxeber.az

 

Oxşar xəbərlər
OTACI