Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyadan dəhşətli xəbər gəldi: Hadisə yerinə 20 xilasedici və 5 texnika göndərilib

28 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın Sankt-Peterburq şəhərində Malaya Balkanskaya küçəsində yerləşən “Kupçinskaya” yük stansiyası yaxınlığında dəmiryol qəzası baş verib.

Press.az “spbdnevnik.ru”ya istinadən xəbər verir ki, 2 lokomativin və 1 yük qatarının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Şəhər Təcili Yardım Stansiyasından bildirilib ki, yaralılardan biri xəstəxanaya yerləşdirilsə də, digəri – qapalı kəllə-beyin travması alan Djanelidze soyadlı stansiya işçisi tibbi yardımdan imtina edib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Sankt-Peterburq üzrə Regional Baş İdarəsinin məlumatına görə, qatarların toqquşması saat 14:00-da qeydə alınıb. 

Bildirilib ki, qəza nəticəsində üç lokomotiv və qoşquda olan boş yük vaqonu, eləcə də dəmiryol xətti sıradan çıxıb.

Hadisə yerinə 20 xilasedici və 5 texnika göndərilib.

“Oktyabrskaya” Dəmir Yolu İdarəsinin mətbuat xidməti hadisənin sərnişin qatarlarının hərəkətinə mənfi təsir göstərməyəcəyini bildirib.

 

Oxşar xəbərlər
OTACI