Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Messi canavar kimidir, istədiyi qədər oynayacaq" - Xavi

28 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Barselona”nın əfsanəvi futbolçusu Xavi Ernandes komandanın kapitanı Lionel Messi haqda danışıb.

Press.az xəbər verir ki, hazırda “Əl-Sədd”in (Qətər) baş məşqçisi olan 40 yaşlı mütəxəssis argentinalı futbolçunun 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında iştirak edəcəyinə əmin olduğunu deyib. O, “Sizcə, Messi 35 yaşında dünya çempionatında iştirak edə biləcəkmi” sualını belə cavablandırıb:

“Mənə elə gəlir ki, Leo istədiyi qədər oynayacaq.  Sürətli və güclüdür, rəqabət baxımından  canavar, fiziki baxımdam heyvan kimidir. Onun DÇ-2022-də oynayacağına şübhə etmirəm”.

Qeyd edək ki, 33 yaşlı Messi La Liqada başa çatan mövsümdə həm bombardirlər yarışında birinci olub, həm də ən çox qol ötürməsi müəllifidir. O, 25 qol, 21 məhsuldar ötürmə ilə hamını qabaqlayıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI