Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Luçeskunun "Dinamo"dakı köməkçiləri müəyyənləşdi

28 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kiyev "Dinamo"sunun yeni baş məşqçisi Mirça Luçeskunun köməkçiləri müəyyənləşib.

Press.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, rumıniyalı mütəxəssisə sabiq futbolçuları Oleq Qusev və Oqnen Vukoyeviç, həmçinin moldovalı məşqçi Emil Karas ilə işləyəcək.

Qusev "Dinamo"ya 2003-cü ilin yayında gəlib. O, komandada 15 il ərzində 443 matçda 96 qol vurub.

Vukoyeviç 2008 - 2014-cü illərdə paytaxt klubunda 219 oyuna 15 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Karas isə məşqçilik karyerasınadək Moldova yığmasında çıxış edib. 52 yaşlı mütəxəssis sonuncu dəfə BƏƏ "Əl-Nəsr"ində çalışıb.

Qeyd edək ki, Mirça Luçesku azarkeş təzyiqlərinə görə istefa verdiyini açıqlasa da, sonradan qərarını dəyişib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI