Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyənin aviasiya texnikaları Naxçıvana gəlib

28 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilən Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya texnikaları Naxçıvana gəlib.

Press.az xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunda təlimlərə cəlb edilmiş heyətin təntənəli qarşılanma mərasimində Türkiyə və Azərbaycan Respublikalarının Dövlət himnləri səsləndirilib.

Yük təyyarələri ilə gətirilən Türkiyə Silahlı Qüvvələrinin hərbi daşıma, hücum və döyüş vertolyotları Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunda döyüş atışlı taktiki-uçuş təlimləri üçün hazır vəziyyətə gətirilir.

Oxşar xəbərlər
OTACI