Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Karantin qaydalarını pozaraq ov edən şəxs saxlanılıb

28 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar olaraq qurulmuş postlardan birində xidmət apararkən bir qədər aralıda, rayonun Hamarqışlaq kəndi ərazisində bir nəfər şəxsin avtomobilini yol kənarında saxlayaraq ov silahından atəş açdığını müəyyən ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, polis əməkdaşları həmin şəxsə yaxınlaşdıqda onun həmin ərazidə qanunsuz ov edən Cəlilabad şəhər sakini Valeh Babayev olduğu məlum olub. Eyni zamanda, yaşayış yerini müvafiq icazə olmadan tərk etməklə karantin qaydalarını pozan həmin şəxsdə 1 ədəd ov tüfəngi, qanunsuz olaraq ovladığı 18 ədəd çöl quşu aşkarlanıb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI