logo
First slide

Yasamal rayonunda göl ətrafının ərazisi əvvəlki vəziyyətə gətirilib - FOTO

28 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bir qədər əvvəl paytaxtın Yasamal rayonunda "Üç Tac" yaşayış kompleksinin yaxınlığında, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsindəki gölün ətrafının məişət tullantıları ilə zibillənməsi, hamarlanması və əraziyə xüsusi texnikanın cəlb edilməsi ilə bağlı sakinlər tərəfindən müxtəlif qurumlara, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciətlər ünvanlanıb.

Bakı şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, müraciətə baxıldıqdan dərhal sonra Xüsusi Komissiya yaradılaraq araşdırma aparılıb. Həmçinin Bakı Şəhər və Yasamal Rayon İcra Hakimiyyətləri tərəfindən təcili tədbirlər görülərək ərazidə ətraflı baxış keçirilib.

Araşdırma nəticəsində müəyyən edilib ki, sakinlərin müraciəti əsasında ərazinin məişət tullantılarından təmizlənməsi ilə bağlı mülkiyyətçiyə verilən tapşırığın icrası zamanı torpaq və gölün ətrafindakı mövcud balans pozulub və əraziyə ziyan dəyib. Bununla əlaqədar icra strukturları tərəfindən təcili təxirəsalınmaz işlər həyata keçirilib. Mülkiyyətçiyə ərazini öz vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməsi tapşırılıb və ona ciddi xəbərdarlıq edilib.

Yasamal Rayon İcra Hakimiyyətində “Üç Tac” yaşayış kompleksinin sakinləri ilə görüşdə vətəndaşlar əmin ediliblər ki, ərazidə gölün qurudulması və tikintinin aparılması nəzərdə tutulmayıb və bu barədə söhbət gedə biləz.

Hazırda "Üç Tac" yaşayış kompleksinin yaxınlığındakı gölün ətrafındakı ərazinin təmizlənməsi və ilkin vəziyyətə qaytarılması üzrə işlərə start verilib. Görülən işlər nəzarətə götürülüb və qısa müddətdə başa çatacaqdır.

Yaşayış kompleksinin sakinləri məsələyə operativ reaksiya göstərdiyinə görə ölkə rəhbərliyinə xüsusi minnətdarlığını bildirərək şəhər hakimiyyət orqanlarının ərazini ilkin vəziyyətinə qaytarmaq planlarını birmənalı şəkildə dəstəklədiklərini qeyd ediblər.

Qeyd olunmalıdır ki, vətəndaşların müraciətlərinə dərhal operativ reaksiya verilib. Bu da bir daha sübut edir ki, vətəndaşların müraciətləri ölkə rəhbərliyi tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır və aidiyyəti qurumlar tərəfindən onların həlli üçün müvafiq təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bütün bunlar isə Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşlarının rifahı və mənafeyinin dayanmasının bariz nümunəsidir.

Trend

Oxşar xəbərlər