Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

70 yaşlı həkimin məcburi işə çağırıldığı üçün koronavirusa yoluxub ölməsi iddiası ilə bağlı AÇIQLAMA

28 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 65 yaşdan yuxarı həkimlərin məcburi şəkildə işə çağırılması haqqında məlumatlara münasibət bildirib.

İnstitutunun direktoru Həqiqət Qədirova açıqlamasında bildirib ki, heç bir həkim pandemiya ilə mübarizəyə məcbur edilməyib:

“Bir müddət əvvəl Nazirlər Kabineti 65 yaşdan yuxarı insanların evdən çıxmaması ilə bağlı qərar verdi və biz də həkimlərdən kim istəmədisə, işə çağırmadıq. Mənim və həkimlərimizin yaşı 65-dən yuxarı olsa da, işləmişik. Çünki biz bilirdik ki, işimiz vacibdir. Biz olmasaq, burada iş getməz. Amma heç kim məcbur işlədilməyib”.

H.Qədirova bir müddət əvvəl institutun 70 yaşlı həkim-bronxoloqu Faiq Ağayevin koronovirusdan ölməsinə görə müəssisənin ittiham edilməsindən də danışıb.

O bildirib ki, Faiq həkim xəstələrlə işləməyib:

“Bilirsiniz ki, biz vərəm xəstəliyi ilə mübarizə apardığımız üçün institut COVID-19-la mübarizəyə digər müəssisələrdən daha yaxşı hazırlıqlı oldu. Bizim geyimlərimiz, maskalarımız var idi və digər xəstəxanalar kimi çətinlik çəkmədik.

May ayının sonuna kimi burada yoluxanlar olmadı. Səbəb isə hazırlıqlı olmağımız idi. F.Ağayevin yoluxması burada baş verməyib. Qəribə ifadə olsa da, amma qohumları da etiraf edirdi ki, həkim bu xəstələrlə işləmədiyinə görə COVID-19-a yoluxacağına inanmayıb”.

Qeyd edək ki, bir müddət əvvəl Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 70 yaşlı həkim-bronxoloqu, bu tibbi müəssisənin sabiq direktoru Faiq Ağayev koronavirusa görə müalicə aldığı Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında vəfat edib. Onun qohumları iddia edib ki, o və digər 65 yaşdan yuxarı şəxslər COVID-19-la mübarizə üçün işə məcbur çıxarılıb.

Oxu.az

Oxşar xəbərlər
OTACI