Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu ölkədə pişik koronavirusa yoluxub

28 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Böyük Britaniyada ilk dəfə ev pişiyinin koronavirusa yoluxma halı qeydə alınıb.

“BBC” xəbər verir ki, ekspertlər virusun ev heyvanlarından insana keçmə ehtimalının olmadığı qənaətindədir.

Həmin pişiyin daha əvvəl koronavirus testi müsbət çıxan sahibindən yoluxduğu güman edilir. 

Səhiyyə rəsmilərinin dediyinə görə, bu hal hər hansı həyəcan üçün əsas yaratmır.

Ölkənin baş baytarı Kristin Midlmiss bildirib ki, bu, çox nadir hadisədir: "Yoluxan heyvanlar əlamətlərinin göründüyü gün bəlli olur və bir neçə gün ərzində sağalır. Həmin heyvanın birbaşa insanlara virus ötürməsini düşünmək üçün əsas yoxdur. Biz hadisəni bundan sonra da izləyəcək, vəziyyət dəyişsə, heyvan sahibləri üçün təlimatlarımızı yeniləyəcəyik”.

Qeyd edək ki, Avropa, Asiya, Şimali Amerika ölkələrində ev heyvanlarının koronavirusa təsdiqlənmiş yoluxma halları cüzi saydadır.

Oxşar xəbərlər
OTACI