Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Sədərək" bazarında canlanma: ticarət mərkəzləri açılır, avqustun 5-dən sonra...

27 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının "Sədərək" ticarət mərkəzində avqustun 5-dən sonraya hazırlıq görülür.

Press.az bildirir ki, ticarətçilərdən biri hit.az-a açıqlamasında onlara sərt karantin rejiminin götürüləcəyi barədə məlumat veriliyini bildirib.

Bazar rəhbərliyinin təlimatından sonra sahibkarlar obyektlərinə baş çəkməyə, mallarını yerbəyer etməyə başlayıblar. Onlara bildirilib ki, avqustun 5-dən sonra işləyə biləcəklər.
Hazırda bəzi sahibkarlar vaxtaşırı "Sədərək"ə gedir, dükanlarına əl gəzdirir, səliqə-sahman yaradırlar.

Qeyd edək ki, avqustun 5-də 14 şəhər və rayonda sərt karantin rejimi başa çatır, yenidən hansı qərar veriləcəyi isə məlum deyil. Operativ Qərargahın hansı xidmət sahələrinə işləmək icazəsi verəcəyi hələlik açıqlanmır.

Oxşar xəbərlər
OTACI