Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda postların sayı artırılır — RƏSMİ

27 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gündən Bakı şəhərində mobil postların sayı artırılır.

Press.az xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli deyib. O bildirib ki, təhlükəsiz şəhər kameraları vasitəsilə müşahidələr aparılacaq və nəqliyyatın sıx olduğu küçələrdə mobil postlar qurularaq yoxlamalar təşkil ediləcək.

"Son günlərdə, xüsusilə də şənbə, bazar və bu gün, bazar ertəsi günündə şəhərdə nəqliyyat sıxlığı kifayət qədər çoxalıb. Yəni şəhərdə aparılan, təhlükəsiz şəhər kameraları vasitəsilə aparılan müşahidələr göstərdi ki, nəqliyyat vasitələrinin intensivliyi icazələrlə tərs mütənasiblik təşkil edir. DİN rəhbərliyi də vaxtında qərar verdi ki, bu reydlərin, mobil postların sayı artırılsın və vətəndaşlarımızın icazə əsasında hərəkət etmələri stimullaşdırılsın".

Analitik.az

Oxşar xəbərlər
OTACI