Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda 138 koronavirus xəstəsinə sağalmış şəxslərin plazması köçürülüb

27 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda indiyədək 138 koronavirus xəstəsinə sağalmış COVİD-19 xəstələrindən alınan immun plazma köçürülüb.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.

Onun sözlərinə görə, immun plazma indiyə kimi 60 nəfər sağalmış COVİD-19 xəstəsindən toplanıb. Ümumilikdə 138 xəstəyə 184 vahid plazma köçürülüb.

Qeyd edək ki, koronavirus infeksiyası yaşlı, xüsusilə yanaşı xəstəliyi olan insanlarda daha aqressiv və ağır gedişatla müşahidə edilir. Lakin hətta gənclərdə də yanaşı xəstəliklər varsa, bu xəstəlik ağır keçir və ya ölümlə nəticələnir. Virus əleyhinə aparılan müalicələr qeyd edilən şəxslərdə effektiv olmur.

Bütün dünyada ağır xəstələrə tətbiq edilən Konvalesent Plazma müalicəsi üçün istifadə edilən immun plazma ölkəmizdə Milli Hemotologiya və Transfuziologiya Mərkəzində hazırlanır. Koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər. Aparılan təcrübə göstərir ki, Konvalesent Plazma müalicəsi süni tənəffüs cihazına qoşulan ağır xəstələr üçün çox effektivdir.

İmmun plazma müalicəsi bir çox xəstələrdə bir neçə dəfə aparıla bilər. Donorlar 14 gün sonra təkrar plazma verə bilərlər.

Trend

Oxşar xəbərlər
OTACI