Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ÜST: Koronavirus pandemiyası sürətlənib

27 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus koronavirus pandemiyasının yayılmasının sürətləndiyini söyləyib.

Press.az xəbər verir ki, "ÜST-yə təxminən 16 milyon xəstələnmə və 640 mindən çox insanın öldüyünə dair məlumatlar daxil olub. Pandemiya sürətlənməyə davam edir”, - Qebreyesus deyib. Onun sözlərinə görə, yaxın gələcəkdə təşkilat gələcək tövsiyələri hazırlamaq üçün fövqəladə komitənin iclasını çağıracaq.

Qeyd olunur ki, son altı həftə ərzində yeni növ koronavirusa yoluxma hallarının sayı iki dəfə artıb.

Cons Hopkins Universitetinin məlumatına görə, dünyada SARS-CoV-2-yə yoluxma üzrə 16,3 milyondan çox hal qeydə alınıb. Onun səbəb olduğu COVID-19 xəstəliyindən isə 649 min nəfər ölüb.

Oxşar xəbərlər
OTACI