Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Luçesku istefa verdi - Təyinatından 4 gün sonra

27 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dörd gün əvvəl Kiyev “Dinamo”suna baş məşqçi təyin edilən Mirça Luçesku komandadan ayrılmaq qərarına gəlib.

Press.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında rumıniyalı mütəxəssis özü deyib.

75 yaşlı mütəxəssis “Dinamo” azarkeşlərinin ona düşmən münasibəti göstərdiyi üçün bu qərarı verdiyini bildirib: "Belə anlarda klubun çox ehtiyac duyduğu azarkeşlərin dəstəyi olmadan, düşmən münasibəti bəslənən yerdə işləmək mümkün deyil. Bir neçə il əvvəl yaşadığımız rəqabətə qayıtmaq istədim. Tribunadakı azarkeşlərin sevinməsini istədim. Ukrayna buna layiqdir. Lakin mən azarkeşlərin öz klublarına qarşı bu münasibətini qəbul edə bilmərəm”.

Qeyd edək ki, Luçesku  daha əvvəl Ukraynada 12 il ( 2004-2016) “Dinamo”nun əzəli rəqibi olan Donetsk "Şaxtyor"unun baş məşqçisi olub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI