Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xüsusi karantin olan rayonlardan icazəsiz Qaxa gedənlər cərimələnib

27 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həftəsonu xüsusi karantin rejimi elan edilən şəhər və rayonlardan icazələri olmadan, qaydaları pozaraq rayona gələn şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən 7 belə şəxs aşkar olunub. Onlara karantin rejiminin qayda və tələbləri izah olunub.

Yeddi nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimələnib.

Oxşar xəbərlər
OTACI