logo
First slide

Koronavirusdan sağalan Bəhram Bağırzadə evə buraxılıb - FOTO

27 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirusdan sağalan əməkdar artist Bəhram Bağırzadə evə buraxılıb.

Bunu açıqlamasında əməkdar artist özü bildirib. iyunun 13-dən Mərkəzi Gömrük Hospitalında müalicə olunan əməkdar artist Bəhram Bağırzadə evə buraxılıb.

Bəhram Bağırzadə bildirib ki, baxmayaraq ki, bu gün dünyada 260 mindən çox insan dünyasını dəyişib, mən sağalanlardan oldum, Allahın mənə rəhmi gəldi. Buna görə, Mərkəzi Gömrük Hospitalının Diaqnostika Mərkəzinin bütün heyyətinə öz minnətdarlığımı bildirirəm. Azərbaycan həkimləri bu günümüzün qəhrəmanlarıdırlar və yüksək ada laiqdirlər.

B. Bağırzadə əlavə edib ki, onun sağalmasında Birinci vitse-prezident Mehriban Əliyevanın da rolu olub:

"Mehriban xanımın nəzarəti, diqqəti və köməyi olmasa idi mən bu gün sizinlə təmasda olamayacaqdım. Ona görə, Birinci vitse-prezident Mehriban Əliyevaya da öz minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, əməkdar artistin koronavirus test nəticəsi neqativ çıxdıqdan sonra tənəffüsün təbii yolla olması təmin edilmişdir.

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən Əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi. O, iyulun 2-də ECMO-dan ayrılıb.

Trend

Oxşar xəbərlər