Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Elektrik xəttinə toxunan ikimərtəbəli obyektlə bağlı açıqlama - Fotolar

27 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Abşeron rayonu, Hökməli-Qobu yolu, Koroğlu küçəsindən keçən 2 dövrəli 10 kv-luq Elektrik Veriliş Xəttinin mühafizə zonasında 2 mərtəbəli obyekt tikilir və həmin obyektin dam örtüyü adı çəkilən EVX-nə toxunur. 

“Azərişıq” ASC Mətbuat xidmətindən verilən məlumata görə, obyekt sahibinə baş verə biləcək yanğın və hər hansı bədbəxt hadisə ilə əlaqədar olaraq dəfələrlə xəbərdarlıq edilib:

"Belə hallar minlərlə istehlakçının dayanıqlı elektrik enerjisi ilə təminatını təhlükə altında qoyur. Və təbii olaraq qaydalara uyğun tikilmədiyi üçün gələcəkdə bu binaya elektrik enerjisinin verilişi mümkün olmayacaq. Bu isə sahibkarın haqsız narazlığına səbəb olacaq. Obyekt sahibi özünün və bu binadan istifadə edəcək digər sakinlərin həyatı üçün hansı təhlükə yaratdığını dərk etsə də, qaydalara məhəl qoymaq istəmir və tikintini bu gün də davam etdirib.

Bu barədə Abşeron rayonu İH-nə və həmçinin hüquq mühafizə orqanlarına rəsmi olaraq məlumat verilib ki, sahibkarın bu özbaşnalığı yolverilməzdir və gələcəkdə böyük təhlükəyə səbəb ola bilər.

“Azərişıq” ASC bir daha vətəndaşlara müraciət edərək bildirir ki, ev və ya hər hansı bir obyek tikən zaman qaydalara uyğun hərəkət etsinlər, özlərinin və başqalarının həyatı üçün təhlükə yaratmasınlar".

Qafqazinfo

Oxşar xəbərlər
OTACI