logo
First slide

Azərbaycan Prezidenti perulu həmkarına məktub göndərib

27 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexoya təbrik məktubu göndərib. 

Press.az xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Peru xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Peru dostluq münasibətlərinin həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalarda daha da inkişafı üçün imkanlar mövcuddur.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim firavanlıq arzulayıram". 

Oxşar xəbərlər