Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hindistan da koronavirusa qarşı peyvənd istehsalına başladı

27 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hindistanın Serum İnstitutu (SII) avqust ayında eksperimental “Covishield” koronavirus peyvəndinin ilk hissəsinin istehsalına başlayacaq.

İnstitutun direktoru Adar Punavalla bu barədə “İndia TV”yə danışıb.

Dərman Oksford Universiteti və Avstriyanın “AstraZeneca” şirkəti tərəfindən hazırlanıb. Əvvəlcə ayda 60-70 milyon, tədricən 100 milyon doza istehsal edilməsi planlaşdırılıan peyvəndin hasilatı tədricən 100 milyona çatdırılacaq.

SII ilin sonuna qədər 300-400 milyon doza “Covishield” buraxmaq niyyətindədir.

İnstitut direktorunun sözlərinə görə, hind istehsalçıları peyvəndi ən ucuz qiymətə və Hindistanla yanaşı, yoxsul ölkələrdəki insanlara da əlçatan etməyə çalışacaqlar.

Koronavirus infeksiyasına qarşı peyvənd paralel olaraq dünyanın bir sıra ölkələrində, o cümlədən ABŞ, Çin, İtaliya, Almaniya, Yaponiya, Rusiya və digərlərində hazırlanır.

Oxşar xəbərlər
OTACI