Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda 2 piyada və 1 velosipedçi vurularaq öldürülüblər

27 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda 2 piyada və 1 velosipedçi vurularaq öldürülüblər

Press.Az xəbər verir ki, iyulun 26-da Nizami rayonunun Q.Qarayev prospektində, Bakı şəhər sakini X.Bəşirov idarə etdiyi “BMW” markalı avtomobillə piyada zolağı olmayan yerdən keçən paytaxt sakini Nizami Səyyadovu vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Bundan başqa, iyulun 26-da Xətai rayonunun M.Hadi küçəsində, Bakı şəhər sakini T.Həsənov idarə etdiyi “Renault” markalı avtomobillə piyada zolağı olmayan yerdən keçən paytaxt sakini Səyyarə İsmayılovanı vurub. Piyadan aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Həmin gün Xəzər rayonunun Qala qəsəbəsində, Bakı şəhər sakini R.Zamanov idarə etdiyi “Mercedes” markalı evakuatorla velosipedlə yolu keçən qəsəbə sakini Elmir Seyidovu vurub. Sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktlarla bağlı araşdırmalar aparılır. 

Oxşar xəbərlər
OTACI