Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vətəndaşlara səhv göndərilən koronavirus nəticələrinin ümumi statistikaya təsiri ilə bağlı RƏSMİ AÇIQLAMA

27 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“25 və 26 iyul tarixlərində its.gov.az portalından koronavirus testinin nəticələri ilə bağlı vətəndaşlara göndərilən yanlış SMS-lərin ümumi statistikaya təsiri yoxdur”.

Press.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sosial şəbəkə hesabında məlumat verib.

Məlumatda qeyd olunur ki, yanlışlıq yalnız SMS-lərdə baş verib: “SMS-lərin göndərilməsində yanlışlıq isə texniki xəta ilə əlaqədar olub. Bu gündən başlayaraq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək. Sistemdə və “E-təbib” proqramında hər şey doğrudur. Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik”.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koronavirus testinin nəticələri ilə bağlı iyulun 25-i və 26-da vətəndaşlara göndərilən SMS-lərdə texniki səbəbdən yanlışlığa yol verilməsi barədə açıqlamasından sonra bu yanlışlığın ümumi statistikaya təsiri haqqında da iddialar yayılmışdı.

Oxşar xəbərlər
OTACI