Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistan itkiləri açıqlayır: Daha bir erməni hərbçisi ölüb

27 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan Respublikasının hərbi qulluqçusu aldığı güllə yarasından ölüb.

Press.az-ın məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, gecə saat 01:10 radələrində Ermənistan Respublikasının şimal-şərq istiqamətində yerləşən hərbi mövqelərindən birində qulluq edən əsgər Aşot G.Mikaelyan atəş nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, daha öncə hərbi ekspertlər Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə ermənilərin itkiləri gizlətdiyini və zamanla bu itkiləri bir-bir açıqlayacaqlarını bildirirdilər.

Oxşar xəbərlər
OTACI