logo
First slide

Qazaxda 1-i qadın olmaqla, 4 nəfər bıçaqlandı

26 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qazaxda 4 nəfərin xəsarət alması ilə nəticələnən iki bıçaqlanma hadisəsi olub.

Press.az xəbər verir ki, hadisələrdən biri kafedə baş verib. Belə ki, aralarında yaranan mübahisə davaya çevrilən 1971-ci il təvəllüdlü Qazax rayon sakini Əsliyev Mərdan Mehrəli oğlu qabırğasından, 1987-ci il təvəllüdlü Abbasov Elvin Zeynal oğlu sarğı nahiyyəsindən, 1964-cü il təvəllüdlü Aslanov Şahid İsmayıl oğlu sol bud nahiyyəsindən bıçaqlanıb. Hər 3 yaralı xəstəxanaya yerləşdirilib.

Bundan başqa, 1994-cü il təvəllüdlü Şamayeva Türkan Mehdi qızı sol bud nahiyyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadının sözlərinə görə, o, taksi sürücüsü ilə mübahisə zəminində bıçaqlanıb.

Qafqazinfo

Oxşar xəbərlər