Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Premyer Liqa yekunlaşdı - Avrokuboklara onlar gedir

26 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün İngiltərə Premyer Liqasında 2019/20 mövsümünə yekun vurulub.

Press.az xəbər verir ki, 38-ci tutun nəticələrindən sonra Çempionlar Liqasının qrupunda birbaşa oynamaq hüququ verən digər iki vəsiqənin sahibi də bəlli olub.

26 iyul

İngiltərə Premyer Liqası, 38-ci tur

“Arsenal” – “Uotford” – 3:2

“Bernli” – “Brayton” – 1:2

“Çelsi” – “Vulverhempton” – 2:0

“Kristal Pelas” – “Tottenhem” – 1:1

“Everton” – “Bornmut” – 1:3

“Lester” – “Mançester Yunayted” – 0:2

“Mançester Siti” – “Norviç” – 5:0

“Nyukasl” – “Liverpul” – 1:3

“Sauthempton” – “Şeffild Yunayted” – 3:1

“Vest Hem” – “Aston Villa” – 1:1

Beləliklə, çempion "Liverpul" və 2-ci pillədə olan "Mançester Siti" ilə yanaşı, "Mançester Yunayted" və "Çelsi" də müvafiq olaraq 3-4-cü yerlərin sahibi kimi birbaşa ÇL-in qrup mərhələsində iştirak hüququ qazanıblar.

Mövsümü 5-ci pillədə tamamlayan "Lester" Avropa Liqasında mübarizəyə qrup mərhələsindən başlayacaq.

"Mançester Siti" eyni zamanda Liqa kubokunu qazandığı üçün 6-cı pillədə qərarlaşan "Tottenhem" də Avroliqaya vəsiqə əldə edib. Joze Mourinyonun komandası 2-ci təsnifat mərhələsində mübarizəyə qoşulacaq.

Federasiya kubokunun finalına çıxan "Arsenal"ın da Avroliqada iştirak şansı var. "Topçular" həlledici görüşdə "Çelsi"yə qalib gəlsələr, birbaşa Avroliqanın qrup mərhələsinə vəsiqə əldə edəcəklər. 

"Arsenal"ın finalda uduzacağı təqdirdə isə mövsümü 7-ci yerdə bitirən "Vulverhempton" Avroliqaya vəsiqə qazana bilər. Bunun üçün həm ÇL-in qrupuna vəsiqə qazanan, həm də İngiltərə kubokunun yarımfinalına çıxan "Mançester Siti", "Mançester Yunayted" və "Çelsi" (4-cü komanda "Arsenal"dır) komandalarından hər hansı ölkə kubokunu qazanmalıdır. 

Premyer Liqanı tərk edən komandalar isə mövsümü son üç pillədə başa vuran "Norviç", "Uotford" və "Bornmut"dur.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI