Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Lerikdə güclü yanğın

26 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Lerik rayonunun Vistən kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə (Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Gürdəsər meşəbəyliyinin 8 saylı dolayı) 5 ha sahədə sıx kollar, qurumuş ağaclar və qismən ağaclar yanıb. Meşə zolağı yanğından mühafizə olunub.

Press.az Trend-ə istinadən bildirir ki, yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Lerik Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları və yerli sakinlər cəlb olunub.

Yanğın söndürülüb.

Oxşar xəbərlər
OTACI