Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rüfət Dadaşov ABŞ-da növbəti oyuna çıxdı

26 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Amerika Birinci Liqasında (USL) 4-cü turun oyunları keçirilib.

Press.az xəbər verir ki, Dadaşovun oynadığı “Foneks Rayzinq” səfərdə "Orange Kounti” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Rüfət oyuna start heyətdə başlayıb və 58-ci dəqiqədə əvəzlənib. 

Qeyd edək ki, koronavirus pandemiyasının ardından USL-də format dəyişikliyinə qərar verilib. Klublar 4-5 komandadan ibarət qruplara ayrılıblar. Qrupu birinci və ikinci bitirən komandalar pley-offa vəsiqə qazanacaqlar. Hazırda “Foneks Rayzinq” 4 oyuna 7 xalla qrup 3-cüsüdür.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI