Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Daha bir dövlətin Ermənistana silah satması ilə bağlı AÇIQLAMA

26 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Heç kimə sirr deyil ki, ərəb dünyasında ( Qətər, Yəmən, SƏ, İraq, Liviya, Tunis, Mərakeş istisna olmaqla) çox güclü yerli ermənilərdən ibarət diaspora şəbəkəsi mövcuddur”.

Press.az xəbər verir ki, bu fikirləri Qazet.az-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

“Livanın, Fələstinin, İordaniyanın, Misirin ermənilərdən ibarət terror qruplarının birinci Qarabağ döyüşlərində vəhşilikləri hər kəsə məlumdur. XX əsr boyu ASALA və digər erməni terror bölmələrinin bu ölkələrdə düşərgələr qurduğu və indi də onların orada döyüş hazırlıqları keçdikləri haqqında məlumatlar var. Bu bandqruplar ümumdünya diasporası şəbəkəsinə daxildir və son günlər həmyerlilərimizə qarşı hücumlar bir daha göstərdi ki, ermənilər bunu hazırlıqlı şəkildə edirdilər.

Ermənistan Prezidentinin Yaxın Şərq ölkələrinin liderləri ilə dostluq əlaqələri var. Məsələn, son bir neçə ildə İƏT-in üzvü olan İordaniya kralı Armen Sarkisyan ilə möhkəm dostdurlar”,- deyə politoloq əlavə edib.

“Son illər ərzində Azərbaycan ərəb dünyasında İƏT daxilindəki münasibətlərdə daha yaxşı nəticələr nail olsa da, ikitərəfli münasibətlər yaxşı səviyyədə deyil. Bunun həm də tarixi-mental səbəbi var. Azərbaycan hər zaman ərəb xilafətinə qarşı döyüşən, ərəblərin ağalığını qəbul etməyən bölgə olmuşdur. Bunun qarşılığında, Osmanlı imperiyası uzun müddət Yaxın Şərq və Şimali Afrikada söz sahibi olaraq əslində islamın əhatə hal-hazırdakı mövcudluğunun tək səbəbi olmuşdur. Ərəblərin türklərə qarşı psixoloji qırqanclığı var”.

“Hal-hazırda XİN və diaspora təşkilatları İran, Gürcüstan, Rusiya, Mərkəzi Asiya, Yaxın Şərq, Qərbi Avropa, ABŞ coğrafiyalarda ciddi iş aparmamalııdır”,- deyə Z. Məmmədov qeyd edib.

Oxşar xəbərlər
OTACI