Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ" "transfer bombası"nı partlatdı: Dünya ulduzunun qardaşı gəldi - RƏSMİ

26 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ" yeni transferi Uroş Matiçi ictimaiyyətə təqdim edib.

Press.az xəbər verir ki, 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, serb futbolçu Azərbaycana kimi 6 ölkədə legioner həyatı yaşayıb. Slovakiyada ("Koşitse"/2009-2013) 4 il keçirən yarımmüdafiəçi daha sonra Portuqaliyaya yollanıb. 1 il "Benifaka"da (B komandası) çıxış edib. 2014-2016-cı illəri Niderlandda keçirib. "NAC Breda"nın uğurları üçün tər töküb. Növbəti il Avstriyaya üz ututub, "Şturm"da (Qrats) özünü göstərib. 2017-ci ildə Danimarkada peyda olub. "Kopenhagen"də cəmi 1 mövsüm keçirəndən sonra yenidən Avstriyaya dönüb. Bu dəfə Vyana "Austriya"sına. 2019-cu ilin yayında isə APOEL-lə müqavilə bağlayıb.

Matiç "Mançester Yunayted"in ulduzu Nemanya Matiçin kiçik qardaşıdı. Nemanyadan 1 yaş balaca olan Uros "Qarabağ"la 6 dəfə üz-üzə gəlib. Bunun ikisi 2017-ci ilə təsadüf edib. Həmin vaxt "Kopenhagen"in şərəfini qoruyan serbiyalı Çempionlar Liqasının təsnifat mərhələsində Azərbaycan çempionuna qarşı forma geyinib.

Ötən sezon isə APOEL-in heyətində öncə ÇL-nın III təsnifat mərhələ oyunlarında, ardınca Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın önünə çıxıb, hətta Bakıdakı görüşdə qol da vurub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI