Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İsveçrədə təyyarə qəzasında iki ölkənin vətəndaşları həlak olub

25 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsveçrənin Vale kantonunda kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

Press.az RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə zamanı dörd nəfər həlak olub.

Qeyd edilir ki, polis günorta "Qleçerşpits" zirvəsi ərazisində təyyarə qəzası haqqında xəbər alıb. Hadisə yerinə gəlmiş xilasedicilər və yanğınsöndürənlər təyyarədəkilərin hamısının ölümünü təsdiq edib.

"Ölənlər 66, 50 yaşlı iki isveçrəli və iki 50, 46 yaşlı avstriyalılardır", - polisin xəbərində bildirilir.

Polis hadisənin başvermə səbəblərini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.

Oxşar xəbərlər
OTACI