Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qvardiolanın transfer planları

25 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Mançester Siti"nin yay transfer pəncərəsi üçün planları məlum olub.

Press.az "Diario Sport"a istinadən xəbər verir ki, baş məşqçi Pep Qvardiolaya komandanı yenidən qurmaq və gücləndirmək üçün 300 milyon funt-sterliq ayırmağı düşünür.

"Şəhərlilər"in əsas hədəfi mərkəz müdafiəçiləri almaqdır. Bu mövqeyə namizədlər arasında "Napoli"dən Kaludi Kulibali, "Sevilya"dan Dieqo Karlos və "İnter"dən Milan Şkrinyar, "Bavariya"dan David Alaba və "Bornmut"dan Natan Ake var.

Bundan əlavə Premyer Liqa klubu "Bavariya"ya transfer olunan Leroy Sanenin əvəzinə "Valensiya"dan Ferran Torresi almaq, eləcə də heyətinə  hücumameyilli yarımmüdafiəçi və hücumçu da qatmaq niyyətindədir. "Mançester Siti" "Bayern"dən Kay Havartzla maraqlansa  da, futbolçunun "Çelsi"yə keçməyə yaxın olduğu bildirilir.

Con Stons və Nikolas Otomendinin komandadakı gələcəyi isə sual altındadır.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI