Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukrayna polisi atəş açılan azərbaycanlı tələblərlə bağlı məlumat yaydı - FOTO

25 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukraynanın paytaxtı Kiyevdə açılan atəş nəticəsində 2 xarici tələbə yaralanıb.

Press.az-ın məlumatına görə, bu barədə Ukrayna polisi rəsmi məlumat yayıb.

Məlumata görə, yerli vaxtla gecə saat 02.30-da Kiyevdə iki xarici tələbəyə naməlum şəxs tərəfindən atəş açılıb və atəş nəticəsində 20 yaşlı iki tələbə ayaq hissələrindən yaralanıb. Yaralılardan biri təcili tibbi yardımla xəstəxanaya çatdırılıb, digəri isə xəstəxanaya getməkdən imtina edib.

Hər iki yaralama faktı ilə bağlı cinayət işi başladılıb.

Qeyd edək ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov açıqlamasında yaralanan tələblərin azərbaycanlılar olduğunu bildirib.

Oxşar xəbərlər
OTACI