Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Abşeronda polisin saxladığı avtomobildən sərnişin qaçıb

25 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı şəhər sakininin avtomobilində narkotik vasitə aşkarlanıb.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-ü saat 23 radələrində Bakı şəhər sakini T.Əliyevin idarə etdiyi KİA markalı avtomobil saxlanılıb. Yoxlama zamanı sərnişin oradan qaçıb.

Şəxsi axtarış zamanı T.Əliyevdən metamfetamin və heroin, avtomobilə baxış zamanı isə əlavə 64 qramdan artıq metamfetamin və 28 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən hadisə yerindən qaçan şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
OTACI