logo
First slide

Kiyevdə erməni dörd azərbaycanlı tələbəni güllələdi - FOTO - VİDEO

25 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukraynanın paytaxtı Kiyevdə ötən gün yerli vaxtla 21:30-da 4 azərbaycanlı tələbəyə atəş açılıb və nəticədə onlardan ikisi yaralanıb.

Bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov məlumat yayıb.

“Bizə məlumat daxil olduqdan sonra mən və diasporun rəhbər üzvləri hadisə yerinə gəldik. Bizim tələbələr evə qayıdanda erməni nömrəsi olan avtomobili binanın həyətində görüblər. Azərbaycanlıların ona diqqət yetirdiyini görən avtomobil sahibi onlarla mübahisəyə girib. Bundan sonra ona daha bir erməni qoşulub. Onlardan birində tapança olub və o, atəş açıb. Bundan sonra ermənilər hadisə yerindən qaçıblar. Biz səhər beşə qədər hadisə yerində qaldıq. Yaralıları xəstəxanaya yerləşdirdik. Hazırda polis hadisəni törədənləri axtarır”, – deyə o bildirib.

Parla.az

Oxşar xəbərlər