Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Alimlər koronavirus daşıyıcısı olan heyvanları araşdıracaqlar

25 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyalı alimlər insanlar üçün təhlükəli olan koronavirus daşıyıcısı olub-olmadığını öyrənmək üçün Sibirdə yaşayan heyvanlar üzərində araşdırma aparacaqlar.

TASS xəbər verir ki, xüsusilə yarasalar ilk növbədə tədqiq olunacaq.

Araşdırmaçı alim Aleksandr Şestopalovun sözlərinə görə, proses üç mərhələdə iki il davam edəcək.

Əvvəlcə zooloqlar yarasaların yerləşdiyi ərazilərə ekspedisiyalara gedəcəklər və özlərinə maraqlı olan heyvan nümunələrini seçəcəklər. Bundan sonra bioloqlar DNT nümunələrini götürəcək və onların genomlarını “oxuyacaq”, sonra isə nəticələri insanlar üçün təhlükəli olan koronavirusların məlum genomları ilə müqayisə edəcəklər.

İyulun 7-də donuz və toyuqların yeni növ koronavirusa qarşı immunitetinin olduğu aşkarlanıb.

Tədqiqat zamanı alimlər virusu bir neçə donuza yeridiblər, sonra sağlam olanları xəstə heyvanlarla eyni yerdə saxlayıblar. Virus yoluxmuş donuzlardan sağlamlara ötürülməyib. Buna bənzər vəziyyət toyuq və hind toyuğunda da müşahidə edilib.

Oxşar xəbərlər
OTACI