Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qurban Qurbanovu razılığa gətirə bilmədik" - "Hatayspor"un prezidenti

25 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin "Hatayspor" klubunun prezidenti Nihat Tazearslan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla danışıqları şərh edib.

"Onu razılığa gətirə bilmədik. Amma çox istəyirdik ki, yeni mövsüm Superliqaya Qurban Qurbanovun rəhbərliyi altında başlayaq. O, bizim üçün prioritet məşqçi idi. İndi biz başqa məşqçi axtaracağıq" - deyə klub prezidenti qeyd edib.

O, nəyə görə məhz Q.Qurbanova təklif göndərmələri barədə də danışıb: "Onun "Qarabağ"dakı uğurları diqqət çəkməyə bilməzdi.  O, Azərbaycanın ən yaxşı məşqçidir. Belə bir məşqçi ilə işləmək istərdik. Amma onun imtina qərarını hörmətlə qarşıladıq. Qurban Qurbanov işini öz klubunda davam etdirmək istədi".

Klub prezidenti həmçinin deyib ki, "Qarabağ"ın çıxışlarını izləməyə davam edəcək: "Qardaş Azərbaycanın komandalarının uğuru bizi sevindirir. Biz həmçinin məşqçini də izləməyə davam edəcəyik".

O, gələcəkdə Qurbanova yenidən təklif göndərəcəklərini mümkün sayıb: "Bizim qapımız həmişə onun üzünə açıqdır. İstisna etmirəm ki, biz gələcəkdə Qurban Qurbanovla işləyə biləcəyik".

Azerisport.com

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI