Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Neftçi"də daha bir braziliyalı futbolçu - Rəsmi

25 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Neftçi” növbəti transferini rəsmiləşdirib.

Press.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu Tallison Diaz ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı sol cinah müdafiəçisi komandanın heyətində 91 nömrəli formanı geyinəcək.

Sonuncu klubu "Quarani” (2019-2020) olan Tallison Diaz Braziliyanın ASA (2012-2014), "Flamenqo” (2015-2016), "Fortaleza” (2015), "Ferroviaria” (2016), "Seara” (2016-2017), "Red Bull Brasil” (2017), "Vitoria” (2017-2018) və "Novorizontino” (2018), həmçinin Belçikanın "Sent-Trüden” (2018-2019) klublarında oynayıb.

Qeyd edək ki, "Neftçi” bundan əvvəl cinah müdafiəçisi Cabir Əmirli ilə yanaşı, nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı, Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini, braziliyalı mərkəz müdafiəçisi Rener Alves De Souzanı transfer etmişdi. Bundan əlavə, "Səbail”lə icarə müqaviləsi başa çatmış Fəhmin Muradbəyli komandamıza qayıdıb.

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI