logo
First slide

Belçikada ermənilərin azərbaycanlılara hücumunun detalları - Video

24 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Belçikada ermənilərin hücumuna məruz qalan Cahandar Zahid İTV kanalına hadisənin təfərrüatı barədə məlumat verib.

Press.az-ın məlumatına görə, soydaşımız 50 nəfər erməninin hücumuna məruz qaldıqlarını, bununla belə onların istədiklərini yerinə yetirmədiklərini bildirib:

“Ayın 23-ü Brüssel səfirliyində ermənilərin mitinqi var idi. O mitinqə qarşı olaraq azərbaycanlılar ora yığışmışdı. Qanun var idi ki, darvazadan keçdinsə, oradan çıxa bilməzsən. Biz bunu qəbul etmədik. Biz oradan çıxdıqdan sonra darvazalar bağlandı və ermənilər içəridəki azərbaycanlıları daşlamağa başladılar. Polislər heç bir müdaxilə etmədilər, meydanı ermənilərə buraxdılar. Sanki ermənilərin tərəfində idilər. 2 saat aksiya davam etdikdən sonra yumurta atmağa başladılar, azərbaycanlı xanımı yaraladılar. Orada qardaşlarımızı yaraladılar. Mitinq dağıldıqdan sonra biz öz yolumuzla gedərkən 10 nəfər erməni qarşımıza çıxdı. Biz 4 dost onları zərərsiz hala gətirdik, üzləri tanınmaz hala qalmışdı. Onlar iki maşına minib qaçdılar və o anda gördük ki, arxamızda 50 nəfər var. Biz Azərbaycan oğulları olaraq, şəhidlərimizin qanı qarşısında utanmamaq üçün qaçmadıq. 50 nəfərin içinə girdik, əlimizdən gələn qədər savaşdıq. Heyf ki, taqətimiz qalmadı, yerə yıxıldıq, ermənilər vəhşicəsinə üstümüzə cumdular. Sonda polislər insafa gəlib müdaxilə etdilər. Daha da pis nəticələr ola bilərdi. Biz orada fiziki cəhətdən ağır xəsarətlər aldıq, lakin mənəvi cəhətdən qalib gəldik. Biz onların dediklərini etmədik”.

Cahandar Zahid “ermənilərin istədikləri nə idi?” sualına belə cavab verib:

“Onların istədikləri Azərbaycanı, Azərbaycan Prezidentini, əsgərlərimizi təhqir etməyimiz, Ermənistandan üzr istəməyimiz, haqlı olduğumuz halda işğalçı, quldur milləti tanınmayan məxluqlardan üzr istəməyimiz idi. Son nəfəsimizə qədər vuruşduq və heç birimizdən istədikləri videonu ala bilmədilər. Biz məğlub olmadıq. Onların istədiklərini əllərinə vermədik”.

Oxşar xəbərlər