Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda vəzifəli şəxs koronavirusun qurbanı oldu - FOTO

24 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sumqayıtda COVID-19 testinin nəticələri pozitiv çıxan vəzifəli şəxs dünyasını dəyişib.

Press.az-ın Xeberle.com-a istinadən məlumatına görə, Sumqayıt Telekommunikasiya Qovşağında əməyin mühafizəsi mühəndisi vəzifəsində işləyən Həsən Rzayev müalicə aldığı xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, şəkərli diabet xəstəsi olan 60 yaşlı H.Rzayevin həyatını xilas etmək mümkün olmayıb.

Sumqayıt Telekommunikasiya Qovşağından verilən açıqlamada H. Rzayevin koronavirusa yoluxduğu və dünyasını dəyişdiyi təsdiq edilib.

Qeyd edək ki, o, uzun illərdir ki, rabitə sistemində çalışırdı.

Oxşar xəbərlər
OTACI