logo
First slide

İşsizlərin NƏZƏRİNƏ! Dövlət minlərlə şəxsə iş üçün yardım edəcək

24 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi və icrasının sürətləndirilməsi işləri davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Press.az-a verilən məlumata görə, cari il ərzində 12 min işsiz şəxsin proqrama cəlb edilməsi planlaşdırılır.

Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3700-dən çox vətəndaş bu proqrama cəlb edilib.

Özünüməşğulluq proqramının genişləndirilməsində bu il Dünya Bankı ilə birgə də layihəyə başlanacaq. Dünya Bankı layihəsi çərçivəsində hər il 5 min, bu il isə 2 min ailənin özünüməşğulluğu təmin ediləcək.

Həmçinin nazirlik tərəfindən BMT-nin İnkişafs Proqramı ilə əməkdaşlıq çərçivəsində 500 nəfər əlilliyi olan şəxsin aktivlərlə təmin edilməsi işləri həyata keçirilir.

Özünüməşğulluq proqramına dəstək məqsədilə Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq da cari il üzrə davam etdiriləcək. Belə ki, 2020-ci ildə daha 250 ailə üçün bağçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair memoranduma əsasən özünüməşğulluq proqramının genişləndirilməsində banklarla da əməkdaşlıq edilir.

Artıq 200-dən çox proqram iştirakçısına seçdikləri fəaliyyət sahəsi üzrə kiçik bizneslərini qurmaq üçün banklar tərəfindən mal və materiallar formasında aktivlər təqdim edilib.

Oxşar xəbərlər