Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Polis nitqində qüsur olan şəxsin yaxınlarını axtarır

24 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Polis nitqində qüsur olan şəxsin yaxınlarını axtarır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan Press.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinin əməkdaşları iyul ayının 22-də rayonun Toğanalı kəndi ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə olan bir şəxsi görərək dərhal ona yaxınlaşıblar.

Onun üzərində heç bir sənəd olmadığından və eşitmə-danışma qabiliyyətinin olmamasına görə özü haqqında məlumat verə bilmədiyindən, polis əməkdaşları onu Polis Bölməsinə gətiriblər. Hazırda həmin şəxsin yaxınları axtarılır.

Tapılan şəxsin əlamətləri belədir: Boyu 168 sm, arıq bədən quruluşlu, qısa saçlıdır. Tapılan zaman əynində uzunqol köynək və qara şalvar olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Göygöl Rayon Polis Şöbəsinə 0222052279; 055-591-31-02 nömrələrinə zəng vuraraq, məlumat vermələri xahiş olunur.

Oxşar xəbərlər
OTACI