Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Maşınların qeydiyyat şəhadətnamələrində dəyişiklik edilib? - AÇIQLAMA

24 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son günlər nəqliyyat vasitələrinə verilən qeydiyyat şəhadətnamələrinin forması diqqət çəkib.

Bu barədə vətəndaşlar tərəfindən məlumat verilib.

Vətəndaşın sözlərinə görə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi standart formasından fərqli şəkildə təqdim olunub:

“Qeydiyyat şəhadətnaməsinin əvəzinə arayış formasında sənəd verilib. Üzərinə möhür vurulub. Sənədi verəndə bildirdilər ki, pandemiya ilə əlaqədar sənədlərin hazırlanmasında istifadə edilən materiallar bitdiyi üçün müvəqqəti olaraq bu formada təqdim edilir”.

Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin formasında dəyişiklik ediləcək?

Məsələ ilə bağlı sualımıza cavab almaq üçün Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxladıq.

Kamran Əliyev açıqlamasında bu kimi halların iki səbəbdən mümkün ola biləcəyini qeyd edib:

“Bir ara sürücülük vəsiqələri ilə bağlı da belə məsələ ortaya çıxmışdı. Amma bütün hallarda sürücülük vəsiqələri Mərkəzi İnformasiya Sistemində rəsmi qaydada, olduğu kimi görünürdü. Sadəcə, həmin arayış müəyyən müddətlik verilirdi. Sürücülər daha sonra həmin arayışı təqdim edib, həqiqi sürücülük vəsiqələrini alırdılar.

Çox güman ki, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin arayış formasında verilməsi də bu şəkildə olacaq. O arayışlar sürücülərin üzərində olmasa da, əməkdaşlar sistemdə baxanda nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi olduğu kimi görünəcək.

Ola bilər ki, kağızların çatışmazlığı, ya da qeydiyyat şəhadətnaməsinin üzərində hər hansı dəyişiklik zamanı müvəqqəti olaraq bu şəkildə təqdim edilsin. Bunun da səbəbi sürücülərin ikinci dəfə eyni sənədə görə əlavə rüsum ödəməməsidir. Hazırlandıqdan sonra yeni formada sistemə yüklənir, vətəndaşa isə bir qədər sonra təqdim edilir”.

Oxu.az

Oxşar xəbərlər
OTACI