Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Pərviz Şahbazaov: "OPEC+"ın təklifin tənzimlənməsi siyasəti özünü doğruldur"

24 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması imkan verir ki, gündəlik neft istehsalı 2 il ərzində bazardakı vəziyyətə görə tənzimlənsin.

Energetika Nazirliyindən Press.az-ə verilən məlumata görə, bunu Energetika naziri Pərviz Şahbazov ADA Universitetində keçirilən 14-cü Bakı Yay Enerji Məktəbində "Azərbaycanın enerji siyasəti və bərpa olunan enerjinin artan rolu" mövzusunda çıxış edərək deyib.

Onun sözlərinə görə, proqnozlara əsasən, artıq III rübdən neftə tələbin təklifi üstələyəcəyi və 3,9 mln. barel defisitin yaranacağı gözlənilir.

"İlin ikinci yarısından neftə tələbatda gözlənilən artımla əlaqədar bazarın balanslaşdırması məqsədilə avqustun 1-dən ixtisarların 7,7 mln. barelədək yumşaldılması fazasına daxil oluruq. Təklifin birinci rübdəki 100 mln. bareldən üçüncü rübdə 88,3 mln barelədək azalması ilə bağlı nikbin proqnozlar belə deməyə əsas verir ki, "OPEC+"ın təklifin tənzimlənməsi siyasəti özünü doğruldur. Bununla belə pandemiya davam edir və dünya iqtisadiyyatı bərpa olunanadək neft bazarını əsasən format çərçivəsindəki fəaliyyətimiz balanslaşdıracaq", - deyə, nazir vurğulayıb.

Oxşar xəbərlər
OTACI